Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirildi

12 noyabr 2019 | 16:00

    Xaçmaz  Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev “Ölkəmizi Tanıyaq” adı altında XII maarifləndirici tur-aksiyası çərçivəsində 13-16 noyabr tarixlərində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşəcək rayon məktəbliləri ilə görüş keçirib.

    Rayon İcra Hakimiyyətinin başçısı tədbiri giriş sözü ilə açaraq bildirib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, cənab Prezident İlham Əliyevin  düşünülmüş siyasəti ilə  inkişaf edən şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdan ibarətdir. Diqqətə çatdırılıb ki, noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - XII tur-aksiyada  4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, ölkə üzrə “Ölkəmizi Tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaqdır. 

    Qeyd edilmişdir  ki, Xaçmaz rayonunda   bilik və bacarıqları ilə fərqlənən 440 nəfərdən çox   nümunəvi məktəbli bu layihənin iştirakçısı olmuşdur. Daha sonra tədbirdə çıxış edən tur-aksiya iştirakçıları bu önəmli layihəyə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər