Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon sakinləri ilə növbəti dəfə görüş keçirib.

13 noyabr 2019 | 16:00

   13.11.2019-cu il tarixində baş tutan görüşdə idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri  iştirak ediblər. Keçirilən vətəndaş qəbulunda 297 nəfər rayon sakininin müraciət və şikayətlərinə baxılmışdır. Məşğulluğun təmin edilməsi, məhəllədaxili yolların təmiri, qazla təmin edilməyən yaşayış məntəqələrinin qazlaşdırılması, dayanıqlı elektrik enerjisinin bərpa edilməsi, fərdi ev tikilməsi məqsədilə torpaq sahələrinin verilməsi  və digər məsələlər öz əksini tapıb. Vətəndaşlar tərəfindən edilmiş hər bir müraciət diqqətlə dinlənilmiş  və hər bir problemin həllinə fərdi olaraq yanaşılmışdır. Səsləndirilmiş  çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə  tapşırıqlar verilmişdir.

   Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların diqqətinə çatdırmışdır ki, sakinlərin qaldırdıqları hər bir problem diqqətlə araşdırılaraq, onların həlli üçün qəti qərarlar qəbul ediləcəkdir.  

 

Keçidlər