Xaçmaz rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illik yubileyi keçirilib.
21 noyabr 2019 | 16:00
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının yaradılmasının 27 illik yubileyi münasibətilə geniş tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova , Milli Məclisin üzvü Eldəniz Səlimov, YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, təşkilatın Şura üzvləri və partiya fəalları iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Heydər Əliyev Mərkəzinin önündə ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoydular, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev rayon təşkilatının fəaliyyətinə nəzər saldı. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də məhz Xaçmaz rayon təşkilatıdır. Rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyələrinə, eləcə də üzvlərin təşəbbüsünə əsaslanaraq uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib.
Milli Məclisin üzvü Eldəniz Səlimov çıxışında YAP-ın yaradılmasının tarixi zərurət olduğunu bildirərək o zamankı siyasi vəziyyətə diqqət yönəltdi. Qeyd etdi ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda yaşanan, xalqımızın düşdüyü çox ağır vəziyyət hər kəsin yaddaşındadır. Belə çətin bir vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi. Belə bir vəziyyətdə dövlətçiliyimizin təminatını və xalqımızın müdafiəsini ancaq Heydər Əliyev kimi dahi bir şəxsiyyət bacara bilərdi. Bu səbəbdən ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razılıq verdi. Bu partiyanın təsis olunması, sonrakı illərdə iqtidarda təmsil olunması ilə dövlətimizin bütün problemləri öz həllini tapdı.
Daha sonra Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis olunmasından, həmçinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının ilk iclaslarından bəhs etdi. Partiyanın müasir dövrdə vacibliyin bölüşən natiq o tarixi hadisələrin baş verməsindən bəhs edib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin siyasi strategiyası və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz rolu vardır.
Daha sonra YAP Gənclər Birliyinin üzvləri, YAP Xaçmaz rayon təşkilatı Qadınlar Şurasının üzvləri tədbirdə çıxış edərək partiyanın qadınların inkişafı, cəmiyyətdəki yeri və rolunun artırılması istiqamətindəki səylərindən danışdı. YAP-ın qadınların ictimai-siyasi proseslərdə daha yaxından iştirak etməsi üçün bir sıra uğurlu layihələrə imza atdığını və bu mənada YAP Xaçmaz rayon təşkilatının nailiyyətlərinin də danılmaz olduğunu söylədi.
Daha sonra çıxışçılar tədbirdə nitq söyləyərək ulu öndər Heydər Əliyevin Naxçıvanda çalışdığı vaxtlara nəzər saldılar. Xalqımızın ona olan böyük inam və etimadından, ona bəslədilən güvənindən bəhs etdilər. Çıxış edənlər qeyd etdilər ki, xalq öz inamında və seçimində yanılmamışdır. 91 nəfər Azərbaycan ziyalısı xalqın ümumilikdə istəyini müraciətlərində əks etdirərək, ümummilli lider Heydər Əliyevə ünvanladı. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə müsbət cavabı, eyni zamanda yeni yaradılacaq partiyanın siyasi səhnəyə Yeni Azərbaycan Partiyası kimi daxil olması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verdi. Ondan ötən müddət ərzində istər partiyamız, istərsə də onun rayon təşkilatları, xüsusilə YAP Xaçmaz rayon təşkilatı uğurla inkişaf etməyə başladı.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi. YAP Xaçmaz rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və rayon təşkilatının yaradılmasının 27 illik yubileyi münasibətilə bir qrup partiya fəalı təltif olundu.