Şriftin ölçüsü :

Saytın rəngi :

“Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı”

08 avqust 2014 | 15:00

“Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq avqustun 4-də Xaçmazda növbəti qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Respublika Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları tərəfindən həyata  keçirilən xeyriyyə aksiyasında 123 nəfər könüllü qan verib. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən qanvermə aksiyasında rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon sakinləri iştirak edib. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən vətəndaşlar əvvəlcə Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən müayinə edilib. Aksiya iştirakçılarından tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Keçidlər