IDEA İctimai Birliyinin təşəbbüsü ilə Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 noyabr 2019 | 16:00
IDEA İctimai Birliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Xaçmaz rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
Xaçmaz rayonunun Niyazoba kəndində təşkil edilən ağacəkmə aksiyası zamanı Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının aparatının məsul əməkdaşları, rayon gəncləri iştirak ediblər. Ağacəkmə aksiyasında çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ekoloji problemlərin həllinin daim diqqətdə saxlanıldığını, təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Dövlət Proqramlarında ekoloji problemlərin həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla müəyyənləşdirilib.
Tədbirdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın bu istiqamətdə xidmətlərindən də danışılıb. Qeyd edilib ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə ekologiyanın qorunması ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər keçirilib. IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.
Sonra ağacəkmə aksiyasına start verilib. İctimayət nümayəndələri, kənd sakinləri və orta məktəblərin yuxarı sinif şagirdləri tərəfindən 2 hektar ərazidə 1250 ədəd fındıq ağacı əkilib. Salınan meyvə bağları Xaçmaz rayonunda yaşayan aztəminatlı ailələr, arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib.