Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gənclərlə görüş keçirib.

06 dekabr 2019 | 16:00
    06.12.2019-cu il tarixində  baş tutan görüşdə rayon rəhbəri son zamanlar respublikada həyata keçirilən gənclər siyasətindən danışıb. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi xüsusi   qayğısından və  böyük inamından bəhs edib. Xaçmaz Rayon  İcra Hakimiyyətinin  başçısı bildirib ki, xalqımıza xas olan əxlaqi keyfiyyətlərə malik gənclərimiz ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda göstərdikləri fədakarlıqlar hər kəsi  sevindirir. Diqqətə çatdırılıb ki, Vətənimizin azadlığı və müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda aparılan mübarizədə gənclərimizin ön sırada dayanması, onların malik olduğu vətənsevərlik  hisslərinin  parlaq nümunəsidir. Görüşdə rayon rəhbərliyinin hər zaman gənclərə kömək və dəstək göstərəcəyi xüsusi vurğulanıb.
    Daha sonra çıxış edən gənclər onlara  göstərilən diqqətə  görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.  Sonda isə gənclər rayonun gələcək inkişafı ilə bağlı müxtəlif  təkliflər  irəli sürüblər.  
 
 
 
 
Keçidlər