Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar görüşü Ləcət kəndində keçirib.
11 dekabr 2019 | 16:00
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ləcət kəndində səyyar görüş keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, müəssisə rəhbərləri və kənd sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində aparılan sosial islahatlar haqqında sakinlərə geniş məlumat verdi.
Köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsi, Tağaroba və Moruqoba kəndlərinin təbii qaz ilə təmin edilməsi, Ləcət kənd tam orta məktəbinin təmir olunması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Daha sonra icra başçısı ərazidə yerləşən sosial təyinatlı obyektlərə gedərək oradakı vəziyyətlə tanış olub.