Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib.

29 mart 2024 | 16:07
Konfrans iştirakçıları əvvəlcə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədər məktəblilərin çəkdikləri rəsm əsərlərinə baxış keçiriblər.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova bildirib ki, Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın müddətdir davam edir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirib, deportasiya və soyqırımları törədib, əzəli torpaqlarımızı ələ keçirməyi özlərinin məqsədlərinə çeviriblər. Mart qırğınları zamanı təkcə üç gün ərzində Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Muğan, Xaçmaz, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində silsilə qanlı faciələr törədilib.
Digər çıxış edənlərdə ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı şanlı Zəfərlə minlərlə şəhidimizin, günahsız soyqırımı qurbanlarının intiqamının alındığı qeyd olunub.
Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Keçidlər