Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib

12 dekabr 2019 | 16:00
    Müstəqil Azərbaycan dövlətinin memarı  ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Xaçmaz  Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,  hüquq-mühafizə orqanlarının və  yerli dövlət qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri    dahi şəxsiyyətin  xatirəsinə ucaldılmış  abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.
    Anım mərasimində on minlərlə rayon sakinin iştirakı ilə  izdiham yaşanıb.  On altı il cismən Azərbaycan xalqından ayrılmasına baxmayaraq, hər anım mərasimində rayon sakinlərinin     kütləvi  halda abidəni  ziyarət etməsi   əbədi olaraq Ulu Öndərin xalqla birlikdə yaşayacağının sübutudur. Dahi bir şəxsiyyət kimi böyük ideyaların müəllifi olan Heydər Əliyev Azərbaycanın ən yeni tarixində silinməz iz qoymuşdur. Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanın müstəqil dövlətçilik tarixində yeni bir dövr başlandı. Bu dövr isə  inkişaf, çiçəklənmə və tərəqqi dövrü kimi hər zaman tarixdə qalacaqdır. Ulu Öndərin əsasını qoyduğu siyasi xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan daha da inkişaf edən və dünya dövlətləri sırasında layiqli yerini tutan bir ölkəyə çevrilir.
   Daha sonra  Xaçmaz  rayonunda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan mərasimi verilib. Ehsan süfrəsində aztəminatlı ailələr iştirak ediblər. 
 
 
 
 
 
Keçidlər