Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qımılqışlaq kəndində səyyar görüş keçirib.

19 dekabr 2019 | 16:00
    19.12.2019-cu il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qımılqışlaq kəndində səyyar görüş keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, müəssisə rəhbərləri və kənd sakinləri iştirak edib.
   Görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verdi və  qeyd etdi ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
   Yolların asfaltlanması, Ağarəhimoba kəndinə təbii qaz xəttinin çəkilməsi, məktəb binalarının təmir edilməsi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.
    Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
    Daha sonra İcra başçısı ərazidə yerləşən sosial təyinatlı obyektlərə gedərək oradakı vəziyyətlə  tanış olub.  
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər