Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etdi.

20 dekabr 2019 | 16:00

   Rayon məktəbliləri  Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Artıq ənənə halını almış bu ziyarətlər gənclərin mənəvi inkişafında müstəsna rol oynayır.  Gənclər  Ümummilli  Liderin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. Sonra  Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olmuş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxış keçiriblər. Mərkəzin direktoru  iştirakçılara Mərkəz haqqında ətraflı məlumat vermişdir. Daha sonra gənclər Mərkəzdə yerləşən müxtəlif dərnəklər ilə, həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən kitablarla tanış olublar. Məktəblilərə Ulu Öndər  məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin  aspektləri barədə məlumat verilib. 

Keçidlər