Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Reabilitasiya Mərkəzində olub.
30 dekabr 2019 | 16:00
Daun sindromlu uşaqlarla görüşən rayon rəhbəri Yeni İl münasibətilə təşkil olunmuş tədbirdə iştirak edərək, onların qayğıları ilə maraqlanıb. Bayram tədbirində uşaqlar müxtəlif şerlər səsləndiriblər. Tədbir çərçivəsində iştirakçılar Daun sindromlu uşaqların rəqslərinə tamaşa ediblər. Mərkəzdə reablitasiya alan serebral iflicdən, auitizmdən əziyyət çəkən uşaqlara qayğı göstərilməsinin, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb. Tədbirin sonunda uşaqlara bayram hədiyyəsi təqdim edilib.