Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xaçmazda Şimal regionundan olan dini icma üzvləri ilə görüş keçirib

13 avqust 2014 | 15:00

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Ardınca Heydər Əliyev mərkəzində olan görüş iştirakçıları ümummilli liderin zəngin irsi və siyasi fəaliyyətinini əks etdirən fotolarla baxıb.
Daha sonra tarix diyarşünaslıq muzeyinin konfrans zalında Şimal regionundakı dini icma nümayəndələrinin və ziyalıların iştirakı ilə görüş keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək dövlət-din münasibətlərindən danışıb. Görüşdə dini icmaların fəaliyyət istiqamətləri müzakirə olunub. Bildirilib ki, Azərbaycanda  ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri mövcuddur.

Keçidlər