Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 30-cu ili tamam olur.

31 dekabr 2019 | 16:00
   Bu münasibətlə hazırlanmış və bir neçə gündür tizeri sosial şəbəkələrdə #30ilhəmrəy həştəqi ilə yayımlanan videoçarxın tam variantını təqdim edirik.
    Videoçarxda 30 tanınmış sima, o cümlədən xalq artistləri tərəfindən Azərbaycan tarixində ötən 30 ildə baş vermiş həm ağrılı, həm də qürurverici 30 mühüm hadisə səsləndirilir.
   Xatırladaq ki, düz 30 il əvvəl - 1989-cu ildə Azərbaycan xalqı Araz çayı boyunca yerləşən Sovet-İran sərhəd çəpərlərini söküb. Bu hadisə dünyanın hər yerində yaşayan azərbaycanlıların həmrəylik rəmzinə çevrilib.
 
https://www.facebook.com/watch/?v=610295896411602
 
 
Keçidlər