Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüşü Gödəkli kəndində keçirilib

09 yanvar 2020 | 16:00
    Yanvarın 9-da Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar görüşü Gödəkli kəndində keçirib.
   Səyyar görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.
    Elnur Rzayev xüsusilə Azərbaycan Respublikası Prezidentinin cari ildə imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatlar haqqında  sakinlərə geniş məlumat verdi. Həmçinin ölkə başçısının siyasi iradəsi nəticəsində struktur islahatlarına start verildiyini deyən icra başçısı, kadrların müasirləşdirilməsi və gəncləşdirilməsi nəticəsində ölkəmizin gələcəkdə daha da dinamik inkişaf edəcəyini vurğulayıb.
    Ünvanlı dövlət sosial yardım, yolların asfaltlanması, məktəb binalarının təmir edilməsi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.
   Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
   Daha sonra rayon rəhbəri Çaykənarı kənd sakinləri ilə görüşüb və kəndin sosial obyektlərinin şəraiti ilə tanış olub.
 
 
 
 
 
 
 

 

Keçidlər