Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüşü Yeni Həyat qəsəbəsində keçirilib
16 yanvar 2020 | 16:00
16.01.2019-cu il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar görüşü Yeni Həyat qəsəbəsində keçirib.
Görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, müəssisə rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
Elnur Rzayev ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən, yanvar ayının 13-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə aparılan müzakirələrdən, qarşıya qoyulan hədəflərdən ətraflı məlumat verdi.
Ünvanlı dövlət sosial yardım, məktəb binalarının təmir edilməsi, suvarma suyu problemi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Daha sonra icra başçısı ərazidə yerləşən sosial təyinatlı obyektlərə gedərək oradakı vəziyyətlə tanış olub.