Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Azərbaycanda Sərhəd Mühafizəsinin yaranmasının 95 illik yubileyinə həsr olunan tədbir keçirilib.

18 avqust 2014 | 15:00

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Ardından H.Əliyev adına Mədəniyyət mərkəzində Azərbaycan sərhəd mühafizəsinin yaranmasının 95 illiyinə həsr olunan tədbir keçirilib. İştirakçılar öncə “Qəhraman sərhədçilər” filminə baxıb.
Ölkədə sərhəd mühafizəsinin yaranmasının 95 illik yubileyinə həsr olunan tədbir Dövlət Sərhəd Xidmətinin Xudatda yerləşən N saylı hərbi hissəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə regionda yerləşən yerli icra strukturlarının rəhbərləri, ziyalılar, hərbiçilər, ictimaiyyət nümayəndələri və sərhədyanı yaşayış məntəqələrinin sakinləri iştirak edib. Çıxış edənlər bildirib ki, hər bir dövlərinin siyasətində sərhəd mühafizəsi xüsusi önəm daşıyır. Azərbaycanda da Dövlət Sərhəd xidmətinin maddi texniki bazası daim genişləndirilir.Şəxsi heyətin yüksək səviyyədə xidmət aparması üçün ideal şərait yaradılır.
Tədbirin sonunda dövlət sərhədlərinin mühafizəsində yaxından iştirak edən bir qrup sərhədyanı yaşayış məntəqələrinin sakinlərinə hədiyyələr təqdim olunub.Xidmətdə fərqlənən zabit və əsgərlərə fəxri fərmanlar verilib.

Keçidlər