Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Pirquluoba kəndində səyyar görüş keçirib.

30 yanvar 2020 | 16:00

   Yanvarın 27-də Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Pirquluoba kəndində səyyar görüş keçirib. 

   Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.  Elnur Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib.

   Məktəb binalarının təmir edilməsi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, suvarma suyu problemi, uşaq bağçasının tikilməsi kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

   Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

   Daha sonra İcra başçısı ərazidə yerləşən sosial təyinatlı obyektlərə gedərək oradakı vəziyyətlə  tanış olub.  

Keçidlər