Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd edilib

01 fevral 2020 | 16:00

   Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü qeyd edilib. 

  Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər iştirak ediblər.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

   Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gəncləri bayram günü münasibəti ilə təbrik edib. Onlara xoş arzularını çatdırıb. O bildirib ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunan bu bayram, ümummilli liderin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsidir. Ölkəmizdə hər bir sahədə qazanılan uğur dövlətimizin yüksək potensiala malik olduğunu göstərir. Bu uğurların əldə edilməsində gəncliyin xüsusi rolu vardır. Çünki gənclər cəmiyyətin bütün sferalarında təmsil olunmaqla yanaşı artıq aparıcı qüvvəyə çevriliblər. İndi Azərbaycanda gənclər siyasəti dövlətin mühüm tərkib hissəsidir. Bu siyasət bir çox dövlətlərə nümunə ola bilər. Prezident İlham Əliyev gənclərlə hər görüşündə, keçirilən forumlarda dəfələrlə bildirib ki, gəncliyə verilən imkanlar dövlətimizin sabahı üçündür.

   Xaçmaz  Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov hesabat məruzəsi ilə çıxış edib.

   Tədbirdə Xaçmaz rayonun ictimai həyatında fəal iştirakına və 2 fevral – Gənclər Günü münasibəti ilə 18 gənc Xaçmaz Rayon Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunublar.

   Sonda rayonun gənc rəssamlarının  rəsmlərindən ibarət sərgiyə baxış keçirilib. 

Keçidlər