Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüşü Hacıəlibəy kəndində keçirilib

06 fevral 2020 | 16:00

   06.02.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Hacıəlibəy kəndində səyyar görüş keçirib. 

   Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.  Elnur Rzayev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlər barədə ətraflı məlumat verib.

   Ünvanlı dövlət sosial yardım, məktəb binalarının təmir edilməsi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, suvarma suyu problemi, uşaq bağçasının tikilməsi kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

   Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

   Daha sonra İcra başçısı ərazidə yerləşən sosial təyinatlı obyektlərə gedərək oradakı vəziyyətlə  tanış olub.  

Keçidlər