Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Çarxı kəndində səyyar görüş keçirib.

20 fevral 2020 | 16:00

20.02.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Çarxı kəndində səyyar görüş keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, müəssisə rəhbərləri və kənd sakinləri iştirak edib.

Görüşdə rayon rəhbəri bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Ünvanlı dövlət sosial yardım, məktəb binalarının təmir edilməsi, içməli və suvarma suyu problemi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Daha sonra İcra başçısı ərazidə yerləşən sosial təyinatlı obyektlərə gedərək oradakı vəziyyətlə  tanış olub.

Keçidlər