Xaçmazda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat iclası keçirilib
Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının birinci müavini Yetkin Mehmanov 2014-cü ilin 9-ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir. Məruzədə qeyd olunduğu kimi, 2009-2013-cü illəri əhatə edən regionların inkişafı üzrə Dövlət Proqramının icrası Xaçmaz rayonunda da uğurla başa çatmışdır. 2014-cü ilin 9 ayında Xaçmaz rayonu üzrə ümumi məhsul buraxılışı 296.9 milyon olub. Bunun 22.5 milyonu sənaye, 180.7 milyonu isə kənd təsərrüfatının payına düşür. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 59.5 milyon, pərakəndə əmtəə dövriyyəsi 211.6 milyon, adambaşına düşən pul gəlirləri isə 1746 manat təşkil edib. Bu ilin 9 ayında Xaçmaz rayonunda 1335 yeni iş yeri açılıb ki, bunun da 1210-u daimidir. Ümumilikdə isə son 10 ildə rayonda 19 min 992 yeni iş yeri açılıb. Onlardan 11 440-ı daimi iş yerləridir.
Proqram çərçivəsində sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı, təbii qaz təminatı, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisi və sair istiqamətlərdə kifayət qədər böyük həcmli işlər görülmüşdür. Xatırladaq ki, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramında da Xaçmazın gələcək inkişafına yönəlik çox mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
İdarə və struktur rəhbərlərinin hesabatını dinləyən Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayev sonda öz göstəriş və tövsiyyələrini verib.