Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüşü Nərəcan kəndində keçirilib

27 fevral 2020 | 16:00

27 fevral 2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nərəcan kəndində səyyar görüş keçirib. 

Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.  Elnur Rzayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan müstəqil daxili və xarici siyasətin əsas məqsədinin ölkəmizin milli maraqlarının, suverenliyinin qorunması olduğunu bildirdi. Bu siyasət dünyanın nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri tərəfindən dəstəklənir, biz bu həqiqətə İsveçrənin Davos və Almaniyanın Münhen şəhərlərində keçirilən konfranslarda bir daha şahid olduq.

Ünvanlı dövlət sosial yardım, məktəb binalarının təmir edilməsi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, suvarma suyu problemi, uşaq bağçasının tikilməsi kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Daha sonra İcra başçısı ərazidə yerləşən sosial təyinatlı obyektlərə gedərək oradakı vəziyyətlə  tanış olub.  

Keçidlər