Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev BMT İnkişaf Proqramının Rezident nümayəndəsi ilə görüşüb

03 mart 2020 | 16:00

03 mart 2020-ci il tarixində Xaçmaz rayonunda BMT-nin  İnkişaf Proqramının «Məşğulluğa və Sahibkarlığa İqtisadi Dəstək»  layihəsi çərçivəsində işgüzar görüş keçirilmişdir. Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev,   BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi cənab Alessandro Frakassetti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müavini Sədaqət Qəhrəmanova iştirak ediblər. İlk öncə Xaçmaz Rayon İcra Hakimiyyətinin  başçısı Elnur Rzayev qonaqları salamlayaraq, qeyd olunmuş layihənin uğurla davam etdirilməsi üçün bütün istiqamətlərdə dəstək veriləcəyini nümayəndə heyətinin diqqətinə çatdırmışdır. Rayon rəhbəri bildirmişdir ki, rayonun mövcud iqtisadi resurslarından səmərəli istifadə edərək, məşğulluğun təmin edilməsi qarşıya qoyulmuş  əsas məqsədlərdən biridir. Bu istiqamətdə ölkədə həyata keçirilən qadın siyasəti və  qadın sahibkarlığının təşəkkül tapması görüləcək tədbirlərin   əsas tərkib hissəsidir Keçirilən görüş zamanı BMT-nin İnkişaf Proqramının  Rezident nümayəndəsi cənab Alessandro Frakassetti Xaçmaza səfərinin  məqsədi barədə geniş bəhs etmişdir. Bildirilmişdir ki, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasında sözügedən layihənin böyük əhəmiyyəti vardır.   Daha sonra   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova fəaliyyətə başlayacaq Xaçmaz Qadın Resurs Mərkəzinin   müqayisəli  və üstün cəhətləri barədə geniş məlumat verdi.  Görüş qarşılıqlı təcrübə və fikir  mübadiləsi  çərçivəsində davam etdirildi. 

Keçidlər