Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonda fəaliyyət göstərən sahibkarlarla görüşüb
03 mart 2020-ci il tarixdə Xaçmaz rayon İcra Hakimyyəti Xaçmaz rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşü keçirib.
İcra başçısı çıxış edərək Xaçmaz rayonunun həm turizm, həm də respublikada ən böyük kənd təsərrüfatı rayonlarından biri olduğunu qeyd edərək bütün ölkədə olduğu kimi rayon ərazisində də sahibkarlığın inkişaf etdirilməsi istiqamətində lazımi şəraitin yaradıldığını bildirmiş, respublikada bununla bağlı həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. Həmçinin Elnur Rzayev sahibkarlara müraciət edərək fəaliyyətləri ilə bağlı mövcud problemlərini və sahibkarlıq sahəsi ilə əlaqədar təkliflərinin verilməsini xahiş etmişdir.
Rayonda fəaliyyət göstərən “Atlant” İstirahət Mərkəzinin direktoru Tahir Qadaşov, tikinti materiallarının satışı müəssisəsinin rəhbəri Şərqiyyə Əliyeva və “Xaçmaz-şərab” ASC-nin sədri Əbülfət Məmmədov çıxış edərək öz fikirlərini bildirmiş, fəaliyyətlərində mövcud olan problemlərin aradan qaldırıması üçün təkliflərini vermişlər. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilmişdir.