Xaçmaz rayon sakinlərinə qlobal pandemiya kimi qəbul edilən koronavirusla bağlı müraciət
Hörmətli rayon sakinləri,
Koronavirus (COVİD-19) infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, sakinlərimizi diqqətli olmağa, qeyd olunan tövsiyyələrə riayət etməyə, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmağa çağırırıq. Bununla bağlı olaraq, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı operativ qərargah yaradılıb. Yaradılmış qərargah tərəfindən rayonumuzda koronavirusa qarşı aparılan sanitar epidemioloji tədbirlər gündəlik olaraq nəzarətdə saxlanılır.
Qeyd olunan müddətdə Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu xüsusi qaydalarla onlayn rejimdə həyata keçiriləcəkdir. Vətəndaşlarımız öz şikayət və müraciətlərini rayon rəhbərliyinə 023–325–13–58 qaynar xətti və ya elektron müraciət formasında (https://bit.ly/2IPvLbW) ünvanlaya bilərlər.
Hər bir vətəndaşımızı sosial izolyasiya tədbirlərinə əməl etməyə dəvət edirik. Siz bununla həm özünüzü, həm ailə üzvlərinizi və bütövlükdə isə cəmiyyətimizin sağlamlığını qorumuş olursunuz.