Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda koronavirus (COVİD-19) əleyhinə qabaqlayıcı tədbirlər həyata keçirilir.

23 mart 2020 | 16:00

Xaçmazda koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Rayonda aparılan dezinfeksiya işləri iki istiqamət üzrə Xaçmaz və Xudat şəhərlərinin ərazisində aparılır. Bu məqsədlə rayonun bütün küçə və prospektlərində, habelə çoxmənzilli yaşayış binalarında dezinfeksiya işlərinə başlanılıb. Səhər saatlarından başlayaraq şəhərin küçə və prospektləri xüsusi ayrılmış texnikalar vasitəsilə dezinfeksiya xassəli vasitələrlə yuyulub. Binaların girişləri və bloklar xüsusi məhsulla dezinfeksiya edilib. Aparılan təxirəsalınmaz tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir. Bundan əlavə, rayonda yaradılmış operativ qərargah tərəfindən mütəmadi olaraq əhali arasında maarifləndirmə işləri aparılır.

 

Keçidlər