Xaçmaz Rayon İcra Hakimiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyə qərar verib
24 mart 2020 | 16:00
Xaçmaz Rayon İcra Hakimiyyəti Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə edib.
Belə ki, icra hakimiyyətinin başçısı və aparatının əməkdaşları bir aylıq əməkhaqqını könüllü şəkildə Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsinə qərar veriblər.