Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev maarifləndirmə tədbirlərində iştirak edib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Xaçmaz rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
01.04.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə yaxından tanış olub.
Keçirilən baxış zamanı icra başçısı tərəfindən rayon sakinlərinə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum təmasda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək kimi vacib tövsiyyələr verilib. Aparılanmaarifləndirmə işləri zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yaradılmış mobil qrupların fəaliyyətinin səmərəliliyi ilə də tanış olub.
Şəhər ərazisində aparılan izahetmə-xəbərdarlıq işləri zamanı rayon rəhbəri bir çox ticarət və xidmət obyektlərində qəbul edilmiş izolyasiya tələblərinin icra vəziyyəti ilə yaxından tanış olub. Rayon rəhbəri şəhər mərkəzində yerləşən ərzaq satışı ilə məşğul olan böyük ticarət obyektlərində olarkən, sakinlərə aparılan maarifləndirmə işlərinin əsas məqsədini ətraflı şəkildə izah edib, gündəlik ərzaq məhsullarının qiymət səviyyəsi ilə də tanış olmuşdur. İcra başçısı, həmçinin bir neçə aptekə baş çəkib, tibbi maska və spirtlə təchizat məsələləri ilə maraqlanmışdır. Apteklərdə tibbi maska ilə bağlı təminatın gündəlik məhdud sayda olduğu bildirilib. Yaxın günlərdə ölkədə maska ilə bağlı çatışmamazlığı aradan qalxacağı, yerli istehsalla tələbin ödəniləcəyi icra başçısı tərəfindən diqqətə çatdırılıb.