Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 8-də Xaçmaz şəhərində yeni inşa olunan Bayraq Meydanı və Bayraq Muzeyinin açılış mərasimi keçirilib.

08 noyabr 2014 | 16:00

Noyabrın 8-də Xaçmaz şəhərində yeni inşa olunan Bayraq Meydanı və Bayraq Muzeyinin açılış mərasimi keçirilib. 1,5 hektar ərazidə salınan Bayraq Meydanın mərkəzində ucaldılan bayraq dirəyinin hündürlüyü 85 metrdir. Burada milli üslubda inşa olunmuş Bayraq Muzeyində dövlət rəmzlərimiz haqqında geniş məlumat almaq mümkündür. Muzeydə, həmçinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranmasını, formalaşmasını və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar toplanıb. Açılış mərasimində çıxış edənlər müstəqilliyimizi təcəssüm etdirən üçrəngli bayrağımızın yurdumuzun hər bir guşəsində, mötəbər beynəlxalq təşkilatların önündə, idman arenalarında, təntənəli mərasimlərdə dalğalanmasından fəxarətlə danışıblar. Qeyd ediblər ki, milli dövlətçiliyimizin əsas atributlarından olan Dövlət bayrağının şərəfini uca tutmaq, ona ehtiramla yanaşmaq hər bir vətəndaşın müqəddəs borcudur. Milli Məclisin deputatı Arif Əşrəfovun, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə tanınmış incəsənət nümayəndələrinin ifasında konsert proqramı təqdim olunub.

Keçidlər