Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz sakinlərinin nəzərinə!

08 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasının ölkədə məşğulluq məsələlərinə təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər Planına əsasən Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. İşsiz statusuna uyğun gələn şəxslər 9 aprel tarixində www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər, internetə əlçatanlığı olmayan vətəndaşlar isə Xaçmaz rayon Məşğulluq Mərkəzində yaradılmış qaynar xətlərə telefon vasitəsilə müraciət edə bilərlər.

Eyni zamanda Tədbirlər Planında 2 ay müdətində haqqı ödənilən ictimai iş yerlərinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi nəzərdə tutulmuşdur. Haqqı ödənilən ictimai işlərdə işləmək istəyən vətəndaşların eyni qayda ilə Xaçmaz rayon Məşğulluq Mərkəzində yaradılmış qaynar xətlərə müraciət etmələri xahiş olunur.

Xaçmaz rayon Məşğulluq Mərkəzinin qaynar xətləri

Tel: (02332) 5-36-05, 5-34-11, 5-38-73

Keçidlər