Şriftin ölçüsü :

Saytın rəngi :

“Dost Dar Gündə Tanınar” xeyriyyə aksiyasına Xaçmaz rayonunda fəaliyyət göstərən vəkillərdə qoşulub.

10 aprel 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Dost Dar Gündə Tanınar” xeyriyyə aksiyasına könüllü şəkildə dəstəklər davam edir. Xaçmaz rayonunda fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xaçmaz rayon Vəkil Bürosunun rəhbərliyi müraciət edərək aksiya çərçivəsində Xaçmaz şəhərində yaşayan 30-dan çox ailəyə ərzaq yardımı göstərmək istəyini bildirib.

Ərzaq payları Vəkil Bürosunun nümayəndəsinin Xaçmaz şəhər İƏD-in əməkdaşlarının iştirakı ilə yaşı 65-dən yuxarı olan tənha ahıllara və imkansız ailələrə çatdırılmışdır.

Xaçmaz Rayon İcra Hakimiyyəti və ərzaq payı almış vətəndaşlar Xaçmaz rayon Vəkil Bürosunun rəhbərliyinə aksiyaya qoşulduqlarına görə minnətdarlıqlarını bildirmişlər.


 

Keçidlər