Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Tarix Diyarşünaslıq Muzeyində Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib.

19 noyabr 2014 | 16:00

Xaçmazda Tarix Diyarşünaslıq Muzeyində Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada çıxış edənlər Azərbaycanda hökm sürən tolerant və multikultural mühit haqqında danışıb, respublikamızın bütün dünyada tolerant ölkə kimi tanındığını bildiriblər.
Toplantıda qeyd edilib ki, ölkəmizin müasir tarixinin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin adı, əvəzsiz xidmətləri ilə bağlıdır. Dəyirmi Masada bildirilib ki,  Ulu Öndər bütün həyatını doğma xalqına, vətəninin tərəqqisinə sərf edib. Onun daxili və xarici siyasəti bu gün milli dövlətçiliyimizin, müstəqilliyimizin, mənəvi dəyərlərimizin və tolerant ölkə olmağımızın qarantıdır. Qeyd edilib ki, ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Nümunəvi tolerantlıq mühitinin formalaşmasında İslam dininin xüsusi rolu olub. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qrupların öz varlığını qoruyub saxlamasına əlverişli mühit yaradıb. Çıxış edənlər Azərbaycandakı tolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara münasibət və qayğısından danışıblar.

Keçidlər