Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videokonfrans vasitəsilə növbəti müşavirə keçirib
06 aprel tarixində Xaçmaz Rayon İcra Hakimiyyətnin başçısı Elnur Rzayev videokonfrans vasitəsilə inzibati ərazi dairə nümayəndələrinin iştirakı ilə növbəti müşavirə keçirib. Müşavirənin məqsədi Koronavirus pandemiyası ilə əlaqədar rayonda mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası olub.
Rayon rəhbəri “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Nazirlər Kabinerinin 01 may 2020-ci il tarixli qərarından irəli gələn məsələlər barədə geniş məlumat verib. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış Müxtəlif ticarət xə xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki vəsait,Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər, İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər, Turizm və otelçilik sektorunda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər, İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər və Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişləri nəzərə çatdıraraq qeyd olunan vəsaitlərin bütün sahələrə aidiyyəti üzrə çatdırılmasını tapşırıb.
Sonda Elnur Rzayev mövcud şəraitdə yerli sakinlərə göstərilən yardım, aparılan dezinfeksiya işləri və əhalini narahat edən digər məqamlara toxunub.
Metodik göstərişlərlə tanış olmaq istəyənlər aşağıdakı linklərə keçid edə bilərlər
İctimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər