Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı İkinci Dünya müharibəsinin iştirakçıları və onların ailələri ilə görüşüb.

09 may 2020 | 16:00

İkinci Dünya müharibəsində əldə edilmiş Qələbənin 75-ci ildönümü münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon veteranlarını ziyarət edib. Rayon rəhbəri müharibə veteranları Məmmədov Məhəmməd Süleyman oğlunun və Mərdanov Nurulla Cərulla oğlunun yaşadıqları evə baş çəkərək, onları təbrik edib.

İcra başçısı veteranlarla səmimi söhbət edərək, onlara göstərilən dövlət qayğısından bəhs edib. Bildirilmişdir ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər sırasında müharibə veteranlarının sosial müdafiəsinin yaxşılaşdırılması xüsusi yer alır. Qələbənin 75 illiyi münasibətilə dövlət Başçımız tərəfindən imzalanmış 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın verilməsi haqqında Sərəncam bu qayğının davamlı olmasının bariz nümunəsidir. Görüş zamanı veteranlar öz xatirələrini danışaraq, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Cənab Prezidentin müvafiq Sərəncamı ilə Xaçmaz rayonundan 2 nəfərə 1500 (min beş yüz) manat və 86 nəfərə 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilib. Ümumilikdə Xaçmaz rayonundan 8739 nəfər 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş onlardan 3039 nəfəri həlak olmuş və ya sonradan vəfat etmiş, 5700 nəfəri isə geri dönmüşdür.

Keçidlər