Ədalət hər zaman qalib gələcək
Azərbaycan xalqı həmişə ədalət tərəfdarı olub, haqqı müdafiə edib. Bu ta qədimdən bizim təbiətimizə, ruhumuza hopmuş prinsipdir. Çünki, ədalətə nail olmadan, haqqı qorumadan heç bir ölkəni, heç bir xalqı inkişaf yoluna çıxarmaq mümkün deyil.
Bu gün sosial ədalətlilik prinsipi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə də özünü göstərir. Ölkə başçısı keçirdiyi videokonfranslarda və videoformat qəbullarda bir daha vurğulamışdır ki, sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir. Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır. Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır.
Prezident cənab İlham Əliyev tərəfindən görülən işlər, həyata keçirilən islahatlar, qazanılan uğurlar, əldə edilən nailiyyətlər və reallıqlar əhalinin böyük bir hissəsinin ürəyindəndir və xalq tərəfindən məmnunluq hissi ilə qarşılanır.
Hər bir kəs bilməlidir ki, səhv edəni təmizə çıxarmağa çalışmaq, doğrunu ləkələmək deməkdir. Haqqı güdaza vermək oğruya yol açmaq deməkdir. Hər kim olursa olsun, dövlətin, millətin, xalqın mənafeyinə zidd hərəkət etməməlidir, edəcəksə onu xalqın nifrəti və dövlətin cəzası gözləyir.
Gəlin Prezidentimiz cənab İlham Əliyevin cəmiyyətimizi daha da saflaşdırmaq üçün apardığı siyasətə hamılıqla dəstək olaq.