Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əkin sahələrindəki mövcud vəziyyətlə tanış olub.

16 may 2020 | 16:00

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlardan, məqsədyönlü tədbirlərdən də aydın şəkildə görmək olar. Respublikamızın bir çox bölgələrində olduğu kimi Xaçmaz rayonunda da kənd təsərrüfatının inkişafı üçün mövcud təbii imkanlar rayonun gələcək inkişafına dayanıqlı iqtisadi əsaslar yaradır. Bütün bunları nəzərə alaraq, ölkə iqtisadiyyatında əsas çəkiyə malik və məşğulluğun təminatında böyük rolu olan kənd təsərrüfatının inkişaf etdirilməsi hər biraqrar resursa malik rayonların əsas inkişaf hədəflərindəndir. 

Bu məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 16 may tarixində rayon üzrə mövcud əkin sahələrində gedən aqrotexniki işlərlə yaxından tanış olmuşdur. Tanışlıq zamanı rayon rəhbəri yerli təsərrüfat subyektlərinin problemləri ilə yaxından maraqlanaraq, həlli istiqamətində onlarla fikir mübadiləsi aparmışdır. Müxtəlif ərazilərdə baş tutan görüşlər yerli fermerlər ilə icra başçısı arasında qarşılıqlı söhbət formatında həyata keçirilmişdir. Rayon rəhbəri təsərrüfat sahiblərinin diqqətinə çatdırmışdır ki. rayonda məhsuldar əkin sahələrinin genişləndirilməsi və rəqabətqabiliyyətli məhsulların yetişdirilməsi əsas qarşıya qoyulan məqsədlərdən biridir. Bu yerlərdə aparılan görüşlərin də əsas məqsədi kəndli təsərrüfatlarına dövlət tərəfindən göstərilən diqqətin nəticəsidir. Müxtəlif əkinçilik sahələri ilə məşğul olan fermerlər onları qayğılandıran məsələlər barədə rayon rəhbərinə məlumat verərək, onlara göstərilən diqqətin nəticəsi kimi əkin sahələrini genişləndirməkdə bir an belə tərəddüd etmədiklərini diqqətə çatdırıblar. 

 

Keçidlər