Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya ilə mübarizənin ön xəttində

18 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq Azərbaycanda fəaliyyət göstərən   könüllü təşkilatları və hərəkatları yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olur  və bu infeksiyanın yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər.

Azərbaycan xalqı  əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərin həyat tərzinə çevrilmişdir.

Bu çağırışa cavab olaraq  rayonumuzun könüllüləri  “Dəstək olaq “ devizi altında yüzlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında  yaxından köməklik göstərmiş və bu iş mütəmadi olaraq davam etdiriləcəkdir.  

Keçidlər