Qabaqlayıcı tədbirlər davam edir
Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Hətta dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qalıb. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər,qabaqlayıcı tədbirlər, xüsusən genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir.
Kononavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Pandemiya dövründə Azərbaycan üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Bu məqsədlə könüllülər təşkilatlarının fəaliyyəti təqdirəlayiqdir.
Rayonda vətəndaşların sağlamlığının qorunması və COVİD 19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə könüllülər sakinlərlə mütəmadi olaraq maarifləndirici söhbətlər aparır, onlara ölkə ərazisində həyata keçirilən qabaqlayıcı tədbirlər barədə məlumatlar verirlər. Küçələrin, çoxmənzilli yaşayış binalarının və sosial obyektlərin dezinfeksiya işlərində yaxından iştirak edirlər. Bundan əlavə rayon ərazisində yerləşən bank və poçt filiallarının qarşılarında, eləcə də əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət edir, vətəndaşlara tibbi maskalar paylayırlar.