Şriftin ölçüsü :

Saytın rəngi :

Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur.

04 iyun 2020 | 16:00

Bu gün dünyanın gündəmi hələ də   koronavirusa qarşı mübarizəyə köklənib. Hər bil ölkənin virusla üzləşməsi, bu bəlaya qarşı mübarizədə böyük əmək və maliyyə vəsaitləri sərf etməsi günün mənzərəsini təşkil edir.

Azərbaycan hökumətinin pandemiyanın ilk günlərindən  qəbul etdiyi qərarlar  və qabaqlayıcı tədbirlər nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən  mərhələli çıxmaq planının həyata keçirilməsinə artıq başlanılmışdır. Son zamanlar  vətəndaşların əksəriyyətinin karantin rejiminə əməl etməməsi səbəbindən yoluxanların sayında artım yaranmışdır ki, bu da narahatlıq yaradır. Bu səbəbdən karantin rejiminin yenidən sərtləşdirilməsi barədə  təklif hazırlanmışdır.

Keçidlər