Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır.
Koronovirus pandemiyasının zərərlərini minimuma endirmək məqsədilə Azərbaycan dövləti çox cavib və sistemli tədbirlər həyata keçirir. Dövlətimiz üçün prioritet məsələ əhalinin sağlamlığını qorumaqdan və iqtisadiyyatın normal axarda inkişafını təmin etməkdən ibarətdir.
Son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində sanitar-epidemioloji vəziyyətə ciddi təsir göstərmiş, virusa yoluxanların sayı artmışdır. COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınmışdır.
Bununla əladədar olaraq, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Hökumətin həyata keçirdiyi məqsədyönlü tədbirlər – həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Vətəndaşlarımızın narahatçılığına heç bir əsas yoxdur. Ökəmizdə kifayət qədər ərzaq ehtiyatı var, həmçinin maskaların və tibbi spirtin respublikada istehsalının təşkil vətəndaşlarımız üçün heç bir narahatçılığa əsas vermir.
Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.