Dekabrın 26-Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri və gənclərin iştirakı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün ümumxalq bayramı kimi qeyd olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini vurğulamışdır. Ulu öndərimizin xalqımızın birliyi və həmrəyliyinə yönəlmiş ideyalarının əbədi yaşayacağını qeyd edən müavin bildirmişdir ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti milli diasporun formalaşmasında, onun mütəşəkkil hərəkata çevrilməsində mühüm rol oynayır.
2014-cü ilin bütün ölkəmiz kimi, rayonumuz üçün də müvəffəqiyyətlə başa çatmaqda olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılmış , rayonumuzun bütün sahələrdə inkişafı istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələri qeyd edilmişdir.