Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gilas bağları ilə tanış olub.

20 iyun 2020 | 16:00

Azərbaycanda meyvəçiliyin inkişaf etdirilməsi hal-hazırda qarşıda duran əsas vəzifələrdəndir. Ölkədə aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Məhz bu məqsəd ilə bazarın tələbinə uyğun məhsul istehsalının artırılması və əhalinin mühüm ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün əməli işlər görülür. Xaçmaz rayonunda da son illər ərzində meyvəçilik sahəsinin inkişafında müsbət nəticələr əldə edilib. Son nəticədə isə ölkəyə əlavə valyuta axınına imkan verən, məşğulluğu təmin edən meyvəçilik sahəsi bölgənin əsas əməktutumlu iqtisadi sahələrindən birinə çevrilmişdir. Bu isə öz növbəsində meyvəçiliyin yeyinti sənayesində əsas xammal olduğunu nəzərə almaqla, regionda qida emalı üçün əsaslı resurslar yaradır. 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 20.06.2020-ci il tarixində Qoçaqlı kəndində salınmış gilas bağlarında aparılan məhsul yığımı ilə tanış olub və yerli fermerlərin qayğıları ilə maraqlanıb. İcrahakimiyyətnin başçısı meyvə bağlarında məhsuldarlığın yüksəldiləsi tədbirlərinə baxış apararaq, dövlət tərəfindən həyata keçirilən aqrotexniki dəstək mexanizmləri barədə fermerlərə məlumat vermişdir. Meyvəbağlarının su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması sahəsində rayonda aparılması nəzərdə tutulan layihələr barədə bəhs edilib. Rayon rəhbəri meyvə istehsalı sahəsində fəaliyyət göstərən fermerlərə aqrotexniki, aqrokimyəvi, logistika və sair sahələrdə göstərilən dəstək xidmətlərindən danışıb. 

 

Keçidlər