Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə Xaçmazda anım mərasimi keçirilib.

21 yanvar 2015 | 16:00

XX əsrin ən qanlı hadisələrindən sayılan 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə Xaçmazda anım mərasimi keçirilib. Minlərlə xaçmazlı səhər saatlarından Şəhidlər xiyabanına axın edərək vətən uğurunda canlarından keçən qəhrəmanlarımızın xatirəsini yad edib. Önünə əklil və gül dəstələri düzüb.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə törədilən qanlı hadisədə Xaçmaz rayonunun Uzunoba kənd sakini Zahid Abdullayev də qəhrəmancasına həlak olub. Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən həyata keçirilən xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdən Bakıya daxil olan silahlı qüvvələr milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər mülki şəxsi amansızcasına qətlə yetirilib. Paytaxda  şəhərətrafı qəsəbələrdə və rayonlarda 700-dən çox günahsız insan yaralanıb, 800-dən çox adam qanunsuz həbs edilib.

Qəhrəman oğullarımızın adını əbədiləşdirmək üçün tikilən Şəhidlər xiyabanı hazırda xaçmazlıların and yerinə çevrilib.

Keçidlər