Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusunda yüksək səviyyədə xidmət aparmaq üçün bütün imkanlar yaradılmışdır.

27 iyun 2020 | 16:00

İyunun 25-də  Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş  Komandanı İlham    Əliyev hərbçilərlə görüşmüş, ordumuzun şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmiş, Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar, yeni qələbələr arzulamışdır.

Dövlətimizin başçısı görüşdə ökəmizin müharibə şəraitində yaşadığını  və belə olan halda ordu ilə bağlı bütün məsələlərin ən başlıca vəzifə olduğunu vurğulamışdır.

Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində  son illər ərzində Azərbaycanın  hərbi potensialı xeyli artmış, ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilmişdir. Azərbaycan Ordusunda yüksək səviyyədə xidmət  aparmaq üçün bütün imkanlar yaradılmışdır.

Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir, hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

Son iliər ərzində həyata keçirilmiş genişmiqyaslı islahatlar sayəsində  Azərbaycan Ordusu dünyanın ən güclü  50 ordusu sırasında yer almışdır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Bu gün Azərbaycan əsgəri öz sözünü deməyə qadirdir və Ali Baş Komandanımızın əmri ilə hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdır.

Keçidlər