Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir
102 yaşını qeyd edən Azərbaycan Ordusu bütün bu illər ərzində şanlı səhifələrlə, nailiyyətlərlə və uğurlarla yadda qalmış Azərbaycan Silahli Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin səyləri nəticəsində inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu gün Silahlı Qüvvələrimiz qarşıısında dayanmış istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır. Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha Azərbaycanın strateji üstünlüyə malik olduğunu göstərir. Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı, eyni zamanda, müasir hava hücumundan müdafiə, radar və rabitə sistemlərimizin olması bizim böyük potensialımızın göstəricisidir”.
Bu gün dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi ordu quruculuğunun əsasının məhz Heydər Əliyev tərəfindən qoyulması və Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hazırda ölkəmizdə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Azərbaycan öz müəssisələrimizdə istehsal olunan müdafiə təyinatlı məhsulları silah bazarı nəhənglərinin sırasında nümayiş etdirir. Ölkəmiz, həmçinin “ADEX” adı altında keçirilən beynəlxalq müdafiə sərgisinə də evsahibliyi edib.
Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxışış edərkən deyib : "Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq”.
Daha sonra Prezident İlham Əliyev çıxışında bu günkü Ermənistanın Azərbaycan torpaqlarında formalaşdığını, gənclərimizın bu günkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilmələrini və bu sahəyə xüsusi diqqət göstərmələrini vurğulamış, Ermənistanın müstəqillik tarixinin prinsipcə rüsvayçılıq tarixi olduğunu bir daha diqqətə çatdırmışdır. Ölkə Prezidenti demişdir : “İndiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur”.
Korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlığın kütləvi xarakter aldığı və 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, cinayətkarların rəhbərlik etməsinə baxmayaraq, Ermənistanda hökm sürən diktaturaya, Ermənistan hökumətinin antidemokratik rejiminə qarşı heç bir beynəlxalq təşkilat, Avropa Şurası və ATƏT səslərini çıxarmırlar, hələ də susurlar . Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir.