Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz RIH-nin təşkilatçılığı ilə dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair karantin rejiminin tələblərinə riayət etməklə tədbir keçirilmişdir

26 iyun 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair karantin rejiminin tələblərinə riayət etməklə tədbir keçirilmişdir. Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru Bəxtiyar Yüzbəyov, Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, icra nümayəndələri, bələdiyyə üzvləri və fermerlər iştirak  etmişdirlər. Tədbirdə Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru Bəxtiyar Yüzbəyov  çıxış etmiş və qeyd etmişdir ki, hazırda rayon ərazisində dənli bitikilərin biçininin sürətlə davam etdiyi dövrdür. Qarşımızda duran ən başlıca vəzifə rayon və digər yaşayış məntəqələrinin, təsərrüfat sahələrinin, obyektlərin, bina və qurğuların yanğın təhlükəsizliyini təmin etmək, yanğınların baş verməsinin və yayılmasının qarşısnın alınması, onların aşkar və ləğv olunması, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etmək, yanğınların insanlara və ətraf mühitə təsirini aradan qaldırmaqdır. 

Eyni zamanda tədbirdə yerli inzibati ərazi dairəsi üzrə nümayəndələrə əhali ilə daim ünsiyyətdə olarkən yanğının törədə biləcəyi fəsadlar haqqında məlumatların verilməsi, habelə dənli və texniki bitkilərin biçini ilə əlaqədar olaraq əraziyə daxil olan texnikalara texniki baxışın keçirilməsi və bu texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinə, sazlığına, atqı borularının qığılcımsöndürənlərlə təmin edilməsinə diqqət yetirmələri tapşırığı verildi. Kombaynların biçini zamanı həmin əraziyə kotanlı traktorun cəlb edilməsi, biçindən sonra ərazilərin şumlanması, əkin sahələri arasında mühafizə zolaqlarının yaradılması, həmçinin yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zolaqlarının şumlanması, sahədə açıq oddan istifadə olunmaması, tütün məmulatlarından istifadə edilməməsi, yanğınların söndürülməsi üçün ilkin yanğınsondürmə vasitələrin mövcudluğu barədə zəruri yanğın təhlükəsizliyi tədbirləri bir daha onların nəzərinə çatdırılmışdır.

Tədbir əkin sahələrində əkinçilərin, komabayınçıların və mexanizatorların yanğına qarşı təlimatlandırılması ilə başa çatmışdır.

Keçidlər