Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda koronavirusla mübarizə tədbirləri geniş formatda müzakirə edilib.

03 iyul 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar videokonfrans keçirib. 

Eyni zamanda, dövlət başçısının tapşırığına uyğun olaraq Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi barədə bəhs edilərək, orada verilən tapşırıqlar konfrans iştirakçılarının diqqətə çatdırılıb.

Elnur Rzayev Xaçmaz rayonunda sanitar-epidemioloji vəziyyətə nəzarətin gücləndirilməsinə ehtiyac duyulduğunu bildirərək, aidiyyəti qurumların karantin rejiminin tələblərinə riayət edilməsində ciddi məsul olduqlarını qeyd etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri ilə əlaqədar əhali arasında daimi olaraq geniş maarifləndirmə işləri aparılmalı,rayonun bütün yaşayış məntəqələri mütəmadi olaraq dezinfeksiya edilməli, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılmalıdır.

Rayonun əlaqədar təşkilatlarının rəhbərləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin nəzarətdə saxlanılması məqsədilə rəhbərlik etdiyi qurumaların əməkdaşlarının tələb olunan qaydalara riayət edəcəklərini bildiriblər. Eyni zamanda müxtəlif sahibkarlıq obyektlərinin, bankların rəhbərlərinə xüsusi karantin rejimində mövcud təlimatlar əsasında fəaliyyət göstərilməsi, vətəndaşların obyektlərə daxil olarkən qoruyucu maskalardan istifadəsi, sosial məsafənin gözlənilməsi üçün ciddi tədbirlərin göstərilməsi tapşırılmışdır.

Keçidlər