Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev dərsləri

05 fevral 2015 | 16:00

Fevralın 5-də Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən növbəti açıq dərsin iştirakçıları rayonun Mürşüdoba və Müşkür kənd tam orta məktəblərinin XI sinif şagirdləri olublar.

Açıq dərsə qatılan 40 şagirdə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında mühazirələr oxunub.

Şagirdlər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova Ulu Öndərə həsr olunan dərslərin Heydər Əliyev Mərkəzində keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, ötən ilin noyabr ayından başlayan dərslərə bu vaxtadək Xaçmaz rayonunun ümumtəhsil məktəblərində təhsil alan 1522 şagird qatılıb. Eyni zamanda, Xaçmaz şəhərindəki 2 nömrəli məktəbdə yaradılmış Heydər Əliyev adına İdeoloji Mərkəzdə, eləcə də Xudat şəhərindəki Heydər Əliyev Muzeyində də açıq dərslər keçirilib.

Daha sonra açıq dərsdə Xaçmaz şəhərindəki 1 nömrəli məktəbin tarix müəllimi Bəxtiyar Əmirli müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

Şagirdlər dərs prosesində Ümummilli Liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxıblar. Şagirdlər üçün dahi rəhbərin yorulmaz fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Keçidlər