Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin icrasına nəzarət mütəşəkkil qaydada həyata keçirilir

04 iyul 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil və işçi qruplar rayonda fəaliyyət göstərən iri ticarət mərkəzlərində koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində qəbul olunmuş qaydaların icrasının təmin edilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçiriblər.

Aparılan monitorinqlər zamanı ticarət obyektlərində və banklarda tibbi maskalardan istifadə, dezinfeksiya dispenserlərinin quraşdırılması, vətəndaşlarda termometriyasının aparılması, havalandırma sistemlərinin işlək olması, virus əleyhinə təbliğat lövhələrinin olması, sosial mesafənin saxlanılması kimi tələb olunan qaydaların icra vəziyyəti yoxlanılmışdır. Mobil maarifləndirmə qrupları Nazirlər Kabineti yanında Operativ Qərargahın infeksiya ilə mübarizə əleyhinə qəbul etdiyi qərarlarının ictimai-iaşə və nəqliyyat vasitələrində riayət edilməsinə diqqət yetirərək, aşkar edilmiş nöqsanlara qarşı inzibati təsir mexanizmlərinin tətbiq ediləcəyi əhalinin diqqətinə çatdırılmışdır.

Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən bu və digər qabaqlayıcı tədbirlərin icrasına nəzarət mütəşəkkil qaydada həyata keçirilir.

Keçidlər